Zidan: "Bu məğlubiyyət bizi yaraladı"

15:01 - 24 Dekabr 2017

İspaniya La Liqasının 17-ci turunda evdə "Barselona"ya 0:3 hesabı ilə uduzan "Real"ın baş məşqçisi Zinəddin Zidan yenilgini şərh edib.

 

Sportal.az xəbər verir ki, fransalı çalışdırıcı sona qədər mübarizə aparacaqlarını bildirib:

 

"Bu məğlubiyyət bizi yaraladı. Bzim üçün çətin vəziyyətdir, amma futbol belədir. Təslim olmaq niyyətimiz yoxdur. Sona qədər davam edəcəyik. Hazırda yaxşı günlər yaşamırıq. Bunu qəbul etmək çətindir. 2018-ci ilə gərgin başlayacağıq".

 

Qeyd edək ki, İspaniya La Liqasının turnir cədvəlinə aktivində 45 xalı olan “Barselona” başçılıq edir. "Atletiko" 36 xalla ikinci, "Valensiya" 34 xalla üçüncüdür. “Real” isə 31 xalla dördüncü pillədə qərarlaşıb.

Xəbər xətti