Baş məşqçinin maşını donuzla toqquşdu, atası ağır yaralandı

16:50 - 24 Dekabr 2017

"Valensiya"nın baş məşqçisi Marselino Qarsiya qəza keçirib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssisin avtomobili çöl donuzu ilə doqquşub. Hadisə dünən gecə Bilbao yaxınlığında baş verib.

 

Tətili keçirmək üçün Xixona gedən 52 yaşlı çalışdırıcı yolda qəzaya düşüb. Hadisə nəticəsində onun 81 yaşlı atası ağır xəsarət alıb. Marselinonun özünün durumunun isə yaxşı olduğu bildirilir.

Xəbər xətti