Ebue yenidən "Qalatasaray"da

00:57 - 25 Dekabr 2017

Kot-d-İvuar milli komandasının sabiq üzvü Emanuel Ebue sabiq komandası "Qalatasaray"a qayıdır.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı müdafiəçi "sarı-qırmızılar"da məşqçi kimi fəaliyyət göstərəcək. "Futbol Arena"nın məlmatına görə, o, "cim-bom"un 14 yaşlılardan ibarət komandasında çalışacaq. Belə ki, "Qalatasaray"ın yeni baş məşqçisi Fatih Terim Ebueni komandaya dəvət edib. Emanuel Türkiyə klubunun 14 yaşlılardan ibarət komandasında köməkçi-məşqçi işləyəcək. 

 

Qeyd edək ki, təcrübəli cinah müdafiəçisi 2011/16-cı illərdə "Qalatasaray"da çıxış edib. 

Xəbər xətti