Kannavaro karyerasını başa vurdu

01:01 - 25 Dekabr 2017

“Sassuolo”nun müdafiəçisi Paolo Kannavaro futbolçu karyerasını bitirmək qərarına gəlib.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı "L'Équipe". Xəbərdə italiyalı müdafiəçinin 36 yaşında butslarını mismardan asmaq qərarına gəldiyi qeyd edilib.

 

O, karyerasını məşqçi kimi Çində davam etdirəcək. Paolo böyük qardaşı Fabio Kannavaronun çalışdırdığı “Quanjou Everqrand” komandasının məşqçilər korpusunda yer alacaq.

 

Kannavaro cari mövsümdə 18 oyunda meydana çıxıb. Müdafiəçi karyerası ərzində "Sassuolo"dan başqa, "Parma", "Verona" və "Napoli"də də top qovub.

Xəbər xətti