"Sumqayıt" "Zirə"nin futbolçusunu transfer etdi

13:42 - 25 Dekabr 2017

Dövrələrarsı fasilə zamanı "Sumqayıt" Elnur Abdullayevdən sonra növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi son olaraq, "Zirə"də çıxış etmiş Nicat Qurbanovu heyətinə qatıb.

 

1992-ci il təvəllüdlü futbolçu "Sumqayıt"la 1,5 illik müqavilə imzalayıb. Nicat yeni klubunda 17 nömrəli forma ilə çıxış edəcək.

 

Qeyd edək ki, Nicat karyerası ərzində "Zirə"dən başqa, "Simurq", "Neftçi", AZAL və "Kəpəz"in şərəfini qoruyub.

Xəbər xətti