Qvardiola: "Aquero qalıb-qalmayacağı ilə bağlı qərarı özü verəcək"

17:21 - 25 Dekabr 2017

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Serxio Aqueronun komandadan gedişi haqda yayılan şayiələrə münasibət bildirib:

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis Argentina millisinin üzvünün "şəhərlilər"in əfsanəsi olduğunu deyib:

 

"Mənim Serxioya hörmətim hədsizdi. Bu vaxta qədər qazandıqları və qazanacaqlarına hörmətlə yanaşıram.Sevinirəm ki, komandamda Serxio və Qabriel kimi forvardlar var. Aquero komandanın əfsanəsidi. Burda qalıb-qalmayacağı ilə bağlı qərarı özü verəcək".

Xəbər xətti