"Keşlə"nin yeni baş məşqçisinin köməkçiləri kimlər olacaq?

00:09 - 26 Dekabr 2017

Bu gün "Keşlə"nin Müşahidə Şurasının iclası keçirilib. İclasda komandanın yeni baş məşqçisi müəyyənləşib. Rəhbərlik komandanı ukraynalı Yuri Maksimova həvalə edib. 

 

Sportal.az saytının məlumatına görə, 49 yaşlı mütəxəssis komandada ciddi dəyişiklik etməyəcək. O, Bakı təmsilçisinin əsas komandasında özündən əvvəl çalışan mütəxəssislərlə - Zaur İsmayılov, Camal Əliyev və Aleksandr Karakiçlə birgə çalışacaq. 

 

Qeyd edək ki, Maksimov bu postda komandanın “sükanı arxası”na müvəqqəti gətirilmiş Ramiz Məmmədovu əvəzləyib.

Xəbər xətti