"Qalatasaray"da ciddi itki

01:14 - 26 Dekabr 2017

Türkiyənin "Qalatasaray" klubu itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi yarımmüdafiəçi Fernandonun xidmətindən məhrum olacaq. Braziliyalı futbolçu Superliqanın ilk dövrəsinin son oyunu olan "Göztəpə" ilə matçda zədələnib. Sağ ayaq iç bağlarında qırıq əmələ gələn braziliyalı ən az 3 həftə topla davrana bilməyəcək. Bu isə onun Antalyada baş tutacaq dövrəarası təlim-məşq toplanışını buraxacağı deməkdir.

 

Klub həkimi isə Fernandonun hətta ikinci dövrənin ilk oyununda da meydana çıxa bilməyəcəyini deyib.

Xəbər xətti