Biri göndərilir, digəri icarəyə verilir

10:35 - 26 Dekabr 2017

Türkiyənin "Bursaspor" klubu qış transfer dönəmində heyətində islahatlar aparacaq.

 

Sportal.az xəbər verir ki, Bursa təmsilçisinin məşqçilər korpusu bir neçə futbolçu ilə yolları ayırmağı planlaşdırır. 

 

Bu futbolçular arasında millimizin üzvü Dəniz Yılmazın da adı var. Çempionatın ilk hissəsində ümidləri doğrultmayan hücumçunun komandadan göndəriləcəyi dəqiqləşib. "Yaşıl timsahlar"ı tərk edəcək futbolçulardan biri də vaxtıyla 21 yaşadək futbolçulardan ibarət milli komandamıza dəvət olunmuş Ozan Can Kökçüdür. Azəbaycan pasportundan imtina edən gənc futbolçunun Hollandiya ikinci liqasında mübarizə aparan klublardan birinə icarəyə veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, Deniz Yılmaz 2016-cı ildən "Bursaspor"da çıxış edir. Ozan Can Kökçü isə bu ilin iyun ayından "yaşıl-timsahlar"ın uğurları üçün çalışır. 

Xəbər xətti