Prosineçki Messi və Ronaldonu müqayisə etdi

10:57 - 26 Dekabr 2017

Millimizin sabiq baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis "Barselona"nın futbolçusu Lionel Messi ilə "Real"ın oyunçusu Kriştiano Ronaldonu müqayisə edib:

 

"Ronaldonun statistikası möhtəşəmdir. İnsanlar onu sevə və ya nifrət edə, heyran ola, eyni zamanda təhqir edə bilərlər. Amma o, mənim üçün tarixin ən yaxşı oyunçularından biridir. Ancaq Messi ondan daha yaxşıdır. Onun da statistikası əladır. Messi sehrli və səhvsiz futbol oynayır".

 

Qeyd edək ki, Prosineçki futbolçu kimi həm "Real"da, həm də "Barselona"da çıxış edib.

Xəbər xətti