Tərlan Əhmədov Elnur Cəfərovu niyə bağışladı?

12:43 - 26 Dekabr 2017

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovun bir müddət öncə əvəzedici komandaya göndərilən Elnur Cəfərovu bağışladığı haqda məlumatlısınız.

 

Sportal.az saytına açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu məlumat verib ki, baş məşqçi gənc hücumçu ilə söhbət edib. Klub rəsmisi bildirib ki, Əhmədov Cəfərovu əfv edib:

 

"Tərlan Əhmədov Elnur Cəfərovun komandadan qəti şəkildə göndəriləciyini vurğulamayıb. Onunla söhbət edəcəyini və məsləhətlər verəcəyini demişdi. Gənc futbolçuya dəstək olmasının vacibliyini söyləmişdi. Belə də oldu. Baş məşqçimiz Cəfərovla söhbət etdi. Futbolçu da səhvlərini başa düşdü. Tərlan Əhmədov Elnur Cəfərovun oyunundan narazı deyildi. Sadəcə, onun sosial şəbəkələrdəki davranışları baş məşqçini qane etmirdi. Artıq məsələ həlli yoluna qoyulub. Elnur bizim komandamızın oyunçusudur".

 

Qeyd edək ki, U-21 millisinin düşərgəsində olarkən sosial şəbəkələrdə paylaşdığı şəkillər və azarkeşlə mübahisəsi Cəfərovun əvəzedici komandaya göndərilməsi ilə nəticələnmişdi. Tərlan Əhmədov klubun daxili nizam-intizam qaydalarına əməl etməyən futbolçunun böyük ehtimalla “Neftçi”dən göndəriləcəyini söyləmişdi.

Xəbər xətti