Millimizin Gürcüstanla keçirəcəyi oyunun stadionu müəyyənləşdi

13:20 - 26 Dekabr 2017

Azərbaycan millisinin Gürcüstan yığması ilə yoldaşlıq oyununun hansı stadionda keçiriləcəyinə aydınlıq gəlib.

 

Sportal.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, oyun Antalyadakı “Mardan” idman kompleksinin 7428 tamaşaçı tutumuna malik stadionunda keçiriləcək.

 

Bu oyun Qurban Qurbanovun millimizin “sükanı arxasında” debüt matçı olacaq.

 

Qarşılaşma gələn il fevralın 2-də keçiriləcək.

Xəbər xətti