Amit Quluzadə yenidən legioner həyatı yaşamağa hazırlaşır

15:39 - 26 Dekabr 2017

"Səbail"dən ayrılan Amit Quluzadənin yeni klubu müəyyənləşməyib.

 

Sportal.az saytına danışan təcrübəli yarımmüdafiəçi karyerasını ölkə xaricində davam etdirmək variantının olduğunu söyləyib:

 

“Konkret nəsə yoxdur. Yerli klublardan 1-2 söz-söhbət var idi ki, bu haqda mənə məlumat verdilər. Dəqiq cavab vermədim. Amma yanvarın ikisinə kimi xarici kluba cavab verməliyəm. Ölkənin və klubun adını demək istəməzdim. Karyeramda səhv çox eləmişəm. Yaxşı fikirləşmək istəyirəm. Dəqiq cavab verməmişəm, vaxt istədim. Böyük ehtimalla, ölkəmizdə qalmayacam. Yerli klublardan biri ilə ortaq məxrəcə gələ bilmədik. Xarici komanda ilə qısa proses qalıb. Gedib-getməməyim yaxın günlərdə bəlli olacaq. Özüm isə məşqlər edirəm ki, formada qalım”.

 

Qeyd edək ki, 25 yaşlı oyunçu karyerası ərzində "Neftçi", "Kayseri Ərciyəsspor" (Türkiyə), "Rəvan", "Qəbələ", "Atletiko" (Lissabon, Portuqaliya), "Sumqayıt" və AEL (Larissa, Yunanıstan) klublarında çıxış edib.

Xəbər xətti