"Kəpəz" "Sabah"la qarşılaşacaq

16:59 - 26 Dekabr 2017

"Kəpəz" qış toplanışının ilk mərhələsini Bakıda keçirəcək.

 

Sportal.az xəbər verir ki, "sarı-göylər" toplanış çərçivəsində yoxlama oyununda qüvvəsini sınayacaq. Gəncə klubu I Divizionda mübarizə aparan "Sabah"la üz-üzə gələcək.

 

Qarşılaşma 15 yanvar tarixində baş tutacaq. Matçın başlama saatı və keçiriləcəyi yer isə hələ məlum deyil.

Xəbər xətti