Arif Əsədov: "Daha 6 futbolçunu transfer edəcəyik"

17:17 - 26 Dekabr 2017

Azərbaycan birici divizionunda mübarizə aparan "Sabah”ın baş məşqçisi Arif Əsədov Sportal.az saytına açıqlama verib.

 
Təcrübəli mütəxəssis komandanın qış planı haqda danışıb:
 
"Hazırlığımız 3 mərhələyə böldük. Yanvarın 5-dən 15-nə kimi ilk mərhələ olacaq. 18-29  yanvar arası tarixində hazılığıq mərhələmizin ikinici hissəsi olacaq. Fevralın 1-dən isə çempionata hazırlaşacağıq. İlk mərhələ seleksiya xarakterli olacaq. Futbolçulara baxacağıq. Yoxlama oyunları da keçirəcəyik. Yanvarın 15-də “Kəpəz”lə yoxlama matçı keçirməyi də planlaşdırmışıq".
 
"Sabah" iki futbolçu ilə müqavilə bağlayıb. Paytaxt klubu "Neftçi"dən Maksim Vaylo ilə Təyyar Məmmədovu heyətinə qatıb. Əsədovun sözlərinə görə daha 6 transfer baş tutacaq:
 
"Maraqlandığımız oyunçu çoxdur. Həm Premyer Liqadan, həm də birinci diviziondan axtarırıq. Konkret olaraq “Neftçi”dən Maksim Vaylo və Təyyar Məmmədovu icarəyə götürmüşük. Ola bilər ki, yenə də icarəyə futbolçu götürək. Transfer məsələlərinin üzərində işlərimiz gedir. Rəhbərlik və mən də bu işlə məğuluq. Variantlar çoxdur. Amma yüz ölçüb, bir biçmək lazımdır. Transfer limitində 8 futbolçu üçün yer qalıb. Artıq iki oyunçu ilə müqavilə bağlamışıq. 6 futbolçu ilə də danışıqlar apararaq müqavilə bağlamalıyıq.
 
Arif Əsədov qarşılarına konkret hədəfin qoyulmadığını vurğulayıb:
 
"Bunu demək çox çətindir. Qışda istədiyin oyunçunu transfer edə bilmirsən. Hamının müqaviləsi var. Əsas məqsədimiz qış fasiləsindən sonra daha güclü “Sabah” görməkdir. Konkret olaraq qarşımıza hədəf qoyulmayıb. Klubun hədəfləri və strategiyası var. İkinci dövrədə daha güclü komanda qurmaq istəyirik".

Xəbər xətti