Keyndən 17 dəqiqəyə 2 tarixi göstərici

17:33 - 26 Dekabr 2017

"Tottenhem"in hücumçusu Harri Keyn yeni rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 20-ci turunda hazırda davam edən "Sauthempton"a qarşı matçın 22-ci və 39-cu dəqiqələrində fərqlənməklə buna nail olub.

 

Belə ki,24 yaşlı forvard 2017-ci ildə ölkə çempionatında vurduğu qolların sayını 37-yə yüksəldərək yeni rekorda imza atıb. Əvvəlki rekord Alan Şirerə (1995-ci il, 36 qol) məxsus idi.

 

Keyn bundan başqa daha bir uğura imza atıb. İngiltərə millisinin üzvü 2017-ci ildə bütün turnirlərdə vurduğu qolların sayını 55-ə yüksəldərək 54 qol vurmuş Lionel Messini qabaqlayıb.

Xəbər xətti