Dəniz Yılmaza kubok görüşündə də şans verilmədi

10:19 - 27 Dekabr 2017

Türkiyə Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Dəniz bu görüşün iştirakçısı olmayıb. Bir neçə gün öncə klub rəhbərliyi tərəfindən əsas komandadan kənarlaşdırılan futbolçunun hətta “Bursaspor”u ümumiyyətlə tərk etməsi gözlənilir.

 

Bursalıların “Gənclərbirliyi” ilə cavab görüşü yanvarın 16-da keçiriləcək. 

Xəbər xətti