"Mançester Siti" 80 milyon avroluq transferə hazırlaşır

12:43 - 27 Dekabr 2017

"Barselona", "Çelsi", "Liverpul" kimi klubların radarında olan "Sauthempton"un müdafiəçisi Vircil van Dayk üçün "Mançester Siti" də transfer düyməsini basıb.

 

Sportal.az xəbər verir ki, "Sauthempton" "şəhərlilər"in hollandiyalı müdafiəçi göndərdiyi 80 milyon avroluq transfer təklifini qəbul edib. Bu barədə "Daily Telegraph" məlumat yayıb. Vensan Kompaninin tez-tez zədələnməsi və Pep Qvardiolanın Elyakim Manqalanı bəyənməməsi bu keçidə "yaşıl işıq" yandırır.

 

Qeyd edək ki, "Sauthempton" Van Daykı 2015-ci ildə 13 milyon funt-sterlinq qarşılığında "Seltik"dən transfer edib.

Xəbər xətti