"Səbail" "Neftçi"nin daha bir futbolçusunu transfer etdi

13:40 - 27 Dekabr 2017

Dövrələrarası fasilə zamanı “Səbail” növbəti transferini reallaşdırıb. 

 

Sportal.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Premyer Liqamızın debütantı yarımmüdafiəçi Aqşın Qurbanlını heyətinə cəlb edib. 

 

Qeyd edək ki, paytaxt təmsilçisi gənc futbolçu mövsümün əvvəlində "Neftçi"dən icarəyə götürmüşdü.

 

Xatırladaq ki, "Səbail" daha öncə "Neftçi"dən Fəhmin Muradbəylini icarəyə götürüb, Rahil Məmmədovu isə transfer etmişdi.

Xəbər xətti