Fellaini "Mançester Yunayted"in təklifini qəbul etmədi

14:47 - 27 Dekabr 2017

"Mançester Yunayted"dən ayrılacağı iddia edilən Maruan Fellaini klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, bununla bağlı yekun qərarı vermədiyini deyib. Belçikalı yarımmüdafiəçi "Mançester Yunayted"in onu yeni müqavilə təklif etdiyini  də bildirib:

 

"Mançester Yunayted"in ilk təklifini qəbul etmədim. Düşünürəm ki,onlardan daha bir təklif gələcək. Ağlımda bəzi düşüncələr var, amma sizə deyə bilmərəm. Qərarım hələ diqiq deyil".

Xəbər xətti