"Xəzər" Türkiyəyə gedəcək

16:26 - 27 Dekabr 2017

Birinci Divizion təmsilçisi "Xəzər"in qış hazırlıq planı bəlli olub.
 
Sportal.az xəbər verir ki, komanda mövsümünün ikinci yarısına hazırlığa yanvarın 4-də start verəcək. Hazırlığın ilk mərhələsi Bakıda keçiriləcək. Futbolçular əvvəlcə tibbi müayinədən keçiriləcəklər.
 
Yanvarın 16-dan fevralın 3-dək hazırlığın əsas mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Hazırlıq çərçivəsində 5 yoldaşlıq görüşü də planlaşdırılıb. Rəqiblər barədə əlavə məlumat veriləcək.

Xəbər xətti