"Sumqayıt"ın əvəzedicilərin statistikası

17:30 - 27 Dekabr 2017

Əvəzedicilərin çempionatında 2017/2018 mövsümündə ikinci dövrə başa çatıb.

 

Sportal.az xəbər verir ki, “Sumqayıt”ın əvəzedici komandasının baş məşqçisi Elbrus Məmmədov ilk iki dövrədə 31 futbolçunun xidmətindən yararlanıb. Əvəzedici heyətdə ən çox forma şansı qazanan futbolçu isə Tural Bayramlıdır. 1998-ci il təvəllüdlü futbolçu 14 qarşılaşmada 1192 dəqiqə meydanda olub. 13 görüşdə çıxış edən Murad Məmmədxanov 1168, Süleyman Piriyev 1139, Fərid Kərimzadə 1017, Elvin Dəmirov isə 793 dəqiqə mübarizə aparıb. Elbrus Məmmədovun ən az şans verdiyi futbolçular isə - Nemət Məmmədrəhimov (1 oyun, 7 dəq) və Cavid Nəcizadədir (1 oyun, 1 dəqiqə).

 

“Sumqayıt” Futbol Klubunun əvəzedici komandası ilk iki dövrədə 14 dəfə rəqib qapılarına yol tapıb. Komandanın ən məhsuldar futbolçuları hərəyə 2 qolla Tural Bayramlı, Fərid Kərimzadə və Müşfiq Rzayevdir.

 

Tural Bayramlı – 14 oyun (1192 dəq.)
Murad Məmmədxanov – 13 (1168)
Süleyman Piriyev – 13 (1139)
Fərid Kərimzadə – 13 (1017)
Elvin Dəmirov – 13 (793) 
Xəzər Mahmudov – 12 (702)
Ramazan Həsənov – 11 (976)
Müşfiq Rzayev – 11 (584)
Ramil Orucov – 9 (523)
Nazim Bağırov – 9 (504)
Ceyhun Rəcəbli – 9 (363)
Süleyman Süleymanov – 8 (662)
Elsevər Bəkirzadə – 8 (609)
Məhərrəm Həsənov – 8 (566)
İsmayıl Babayev – 8 (536)
Ramil Həsənov – 6 (477)
Məhərrəm Məmmədli – 6 (392)
Yusif Qafarov – 5 (53)
Bəhlul Mustafazadə – 4 (326)
Rüfət Abdullazadə – 4 (90)
Taleh İsgəndərov – 4 (89)
Elvin Nəsibov – 3 (270)
Səbuhi Abdullazadə – 3 (100)
Elşad Əliyev – 3 (49)
Ehtiram Şahverdiyev – 2 (180)
Miremil Həsənov – 2 (116)
Nicat Muxtarov – 2 (86)
Kamal Mirzəyev – 1 (90)
Mehdi Cənnətov – 1 (90)
Nemət Məmmədrəhimov – 1 (7)
Cavid Nəcizadə – 1 (1)

 

Vurulan qollar: Tural Bayramlı (2), Fərid Kərimzadə (2), Müşfiq Rzayev (2), İsmayıl Babayev, Xəzər Mahmudov, Ehtiram Şahverdiyev, Ramil Həsənov, Süleyman Piriyev, Murad Məmmədxanov, Elvin Nəsibov.

Xəbər xətti