Mançini "Milan"ın baş məşqçisi ola bilər

18:37 - 27 Dekabr 2017

Mövsümün əvvəlində transferlərə 200 milyon avro xərcləyən, lakin tarixinin ən ağır günlərini yaşayan "Milan" baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır.

 

Sportal.az xəbər verir ki, İtaliya nəhəngi baş məşqi postuna "Zenit"in çalışdırıcısı Roberto Mançinini gətirmək istəyir. "La Gezzetta dello Sport"un yazdığına görə, Mançini Rusiyada xoşbəxt deyil və o, özü də "Milan"ın sükanı arxasına keçmək istəyir.

 

Qeyd edək ki, A Seriyası təmsilçisi mövsümə Montellonun rəhbərliyi altında başlamış, bir müddət öncə isə baş məşqçi postuna Cennaro Qutuzzo gətirilmişdi.

Xəbər xətti