"Dinamo"nun futbolçusu Azərbaycan klubuna keçir?

12:22 - 28 Dekabr 2017

Rumıniyanın "Dinamo" klubunun müdafiəçisi Steliano Filip Azərbaycan klubundan təklif alıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Klub rəhbərliyi Rumıniya millisinin üzvünü 400 min avro qarşılığında buraxmağa hazırdır. 23 yaşlı futbolçuya Azərbaycan, Türkiyə və İtaliya II Liqasından təklif var.

 

2015-ci ildən Buxarest "Dinamo"sunda çıxış edən oyunçunun aylıq maaşı 10 min avrodur. O, 2015-ci ildən Rumıniya millisinə dəvət edilir.

Xəbər xətti