Bolqar məşqçi Rəşad Sadıqovun köməkçisi təyin edildi

13:28 - 28 Dekabr 2017

U-21 yığmamızın baş məşqçisi Rəşad Sadıqovun köməkçilərindən biri məlum olub.

 

Sportal.az saytı “sportal.bg” nəşrinə istinadən məlumat verir ki, bolqarıstanlı Vladislav Yanuş U-21-in Sadıqovun köməkçisi olacaq. Mütəxəssis milli komandanın fiziki hazırlıq üzrə məşqçisi təyin olunub.

 

Qeyd edək ki, Aftandil Hacıyev və Faiq Əzizov da Sadıqovun köməkçiləridir.

 

Asenovqrad şəhərində anadan olan Yanuş ölkəsində “Lokomotiv” (Plovdiv) və “Beroe” klublarında çalışıb. Son illərdə “Vereya” və “Liteks” klublarında Jivko Jelevin köməkçisi işləyib.

Xəbər xətti