Fatih Terim sabiq "Qəbələ"lini "Qalatasaray"a gətirdi

15:11 - 28 Dekabr 2017

“Qəbələ” Futbol Akademiyasının keçmiş direktoru Ali Yavaşın yeni iş yeri məlum olub.

 

Sportal.az xəbər verir ki, Türkiyənin məşhur futbol mütəxəssisi olan Yavaş "Qalatasaray"a geri dönüb. O, İstanbul klubunun akademiyasına nəzarət edəcək.

 

Ali Yavaş 2002/08-ci illərdə də "Qalatasaray"da çalışıb və Arda Turan, Uğur Uçar və Sabri Sarıoğlu kimi oyunçuları Türkiyə klubuna bəxş edib. Yavaş 2009/12-ci illərdə "Qəbələ" Futbol Akademiyasında işləyib.

Xəbər xətti