"Neftçi" uşaqları sevindirdi

Bu gün “ASAN Məktub” layihəsinə dəstək verən “Neftçi”nin təşkilatçılığı ilə “Bakcell Arena”da tədbir keçirilib. 

 

Sportal.az xəbər verir ki, yeni il ərəfəsində keçirilən tədbirdə sosialyönlü fəaliyyətə xüsusi əhəmiyyət verən “Neftçi” “ASAN Məktub” layihəsi çərçivəsində 12 nəfər uşağın arzusunu gerçəkləşdirib.

 

Əvvəlcə “Neftçi”nin muzeyi və ev oyunlarını keçirdiyi stadionla tanış olan uşaqlar komandanın üzvləri ilə yaşıl meydana çıxıblar. Sonra tədbirin rəsmi hissəsi keçirilib. Burada “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, “ASAN Məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova, komandanın baş məşqçisi Tərlan Əhmədov çıxış edərk ürək sözlərini bildiriblər. 

 

Ardınca Elnur Eyvazov, Rəbiyyə Cəfərova, Tərlan Əhmədov, eləcə də “Məktəbli dostu” layihəsinin kuratoru Leyla Qurbanlı, baş məşqçinin köməkçisi Novruz Əzimov, futbolçular – Rəhman Hacıyev, Rəşad Əzizli, Elnur Cəfərov, Ömər Buludov, Elnur Süleymanov, U-10 komandanın baş məşqçisi İslam Kərimov, “Futbol+” qəzetinin baş redaktoru və AFFA yanında Media Komitəsinin sədri Mahir Rüstəmli uşaqlara hədiyyələri təqdim ediblər. Tədbirin sonunda uşaqlar üçün əyləncəli proqram təşkil olunub.

Tarix: 28 Dekabr [16:32]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Aprel 2018
21  Aprel 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio