Premyer Liqa klubunda yeni baş məşqçi

16:47 - 28 Dekabr 2017

İngiltərə Premyer Liqasında yeni baş məşqçi təyinatı reallaşıb.

 

Sportal.az xəbər verir ki, "Suonsi Siti"ni bundan sonra Karlos Karvahal çalışdıracaq. Portuqaliyalı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, "Suonsi Siti" 20 turdan sonra topladığı 13 xalla Premyer Liqanın sonuncu pilləsindədi.

Xəbər xətti