"Sevilya" yeni baş məşqçisinin adını açıqladı

00:20 - 29 Dekabr 2017

“Sevilya”nın yeni baş məşqçisi məlum olub.

 

Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi baş məşqçi postuna Vinçentso Montellanı gətirib. 43 yaşlı baş məşqçi ilə 2019-cu ilin yayına kimi müqavilə bağlayıb. O, bu postda Eduardo Berissonu əvəz edib.

 

Montella məşqçi karyerası ərzində “Kataniya”, “Sampdoriya”, “Fiorentina” və “Milan”da çalışıb.

 

“Sevilya” La Liqada 17 turdan sonra 29 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti