Millimizin üzvlərinin komandaları İspaniyada qarşılaşacaq

10:59 - 29 Dekabr 2017

Milli komandamızın futbolçuları Renat Dadaşovla Dmitri Nazarovun çıxış etdikləri Almaniya klubları yoxlama matçında üz-üzə gələcəklər.

 

Sportal.az xəbər verir ki, Frankfurt “Ayntraxt”ı ilə Nazarovun “Aue”si İspaniya toplanışı çərçivəsində qarşılaşacaqlar.

 

Lakin Bundesliqada mübarizən aparan “Ayntraxt”ın baş məşqçisi Niko Kovaç 36 nəfərlik heyətə Dadaşovu daxil etməyib. Buna səbəb 18 yaşlı hücumçunun əsasən gənclərdən ibarət komandada olmasıdır. Nazarov isə II Bundesliqada çıxış edən “Aue”nin heyətində yer alacaq.

 

Qeyd edək ki, matç 2018-ci il yanvarın 6-da Kampoamor şəhərində baş tutacaq. 

Xəbər xətti