Arsen Venger Ferqüssonun rekordunu təkrarladı

11:30 - 29 Dekabr 2017

"Arsenal"ın baş məşqçisi Arsen Venger "Mançester Yunayted"in sabiq çalışdırıcısı Aleks Fergüsssonun rekordunu təkrarlayıb.

 

Sportal.az xəbər verir ki fransalı mütəxəssis İngiltərə Premyer Liqasında oyunlarının sayına görə A.Fergüssona çatıb. Ölkə çempionatının 20-ci turunda "Kristal Pelas"a qarşı matç fransız mütəxəssisin baş məşqçi qismində Premyer Liqada 810-cu görüşü olub.

 

68 yaşlı çalışdırıcı bu oyunlarda 468 dəfə qələbə qazanıb.

 

Qeyd edək ki, Venger "Arsenal"da ilk oyununa 1996-cı ilin oktyabrında çıxıb. Ferqüsson isə "Mançester Yunayted"ə 1992-ci ilin avqustundan 2013-cü ilin mayına kimi rəhbərlik edib.

Xəbər xətti