"Keşlə" "Neftçi" ilə qarşılaşacaq

11:46 - 29 Dekabr 2017

"Keşlə" qış fasiləsində növbəti dövrənin oyunlarınının hazırlıqlarına Bakıda start verəcək.

 

Sportal.az xəbər verir ki, Yuri Maksimovun yetirmələri yanvar ayının 5-də bir araya gələrək məşqlərə başlayacaq. Hazırlıqlar çərçivəsində “Keşlə” iki yoxlama matçı keçirməyi planlaşdırır. Komanda yanvar ayının 14-də “Neftçi” ilə qarşılaşacaq. İkinci yoxlama matçı “Qaradağ-Lökbatan”la olacaq. Birinci divizon təmsilçisilə qarşılaşmanın tarixi hələ ki, bəlli deyil. 

 

Bakı toplanışından sonra "Keşlə" Türkiyənin Antalya mahalına yola düşəcək. Komanda qardaş ölkədə 3 yoxlama matçı keçirməyi planlaşdırır. Rəqiblər və oyunların tarixləri hələ ki, bəlli deyil. 

Xəbər xətti