AFFA-dan açıqlama: 3393 oyundan 3358-i baş tutub

12:49 - 29 Dekabr 2017

AFFA təşkil etdiyi liqalarla bağlı statistik göstəriciləri açıqlayıb.

 

Sportal.az xəbər verir ki, AFFA-nın təşkil etdiyi liqalarda cari mövsümün 3 ayı ərzində keçirilməli olan 3393 oyundan 3358 oyun baş tutub. Bu isə bütün liqa oyunlarının təxminən 99%-nin keçirilməsi deməkdi.

 

Baş tutmayan təxminən 1% oyunların keçirilməməsi isə müxtəlif səbəblərlə əlaqədardır (oyunçuların yaşı və sənədləri ilə bağlı problemlər, yetərsayın olmaması v s.) və həmin qarşılaşmalarla bağlı yekun qərarlar İntizam Komitəsi tərəfindən verilir.

 

LİQALAR
OYUN SAYI
TEXNİKİ MƏĞLUBİYYƏT
OYUNLARIN % NİSBƏTİ
U – 10 Liqa
650
13
98%
U – 11 Liqa
649
6
99.1%
U – 12 Liqa
580
5
99.2%
Coca-Cola U – 13 Liqa
626
5
99.3%
U -14 Liqa
558
3
99.5%
Boulevard Hotel U – 15 Liqa
98
2
98%
U – 16 Liqa
80
0
100%
Bakcell U-17 Liqa
96
1
99%
Gənclər Liqası
56
0
100%

Xəbər xətti