"Qarabağ" legioneri ilə yolları ayırır

16:59 - 29 Dekabr 2017

"Qarabağ" "Olimpiakos"dan 1 illik icarəyə götürdüyü Tarik Elyunissini geri qaytarmaq istəyir.

 

Sportal.az saytı xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb. "Qarabağ" zədə səbəbindən bir çox oyunu qaçıran futbolçu ilə yolları ayırmaq istəyir. Məlumatda qeyd edilib ki, Olimpiakos da norveçli vingerin xidmətində maraqlı deyil. Yunanıstan klubu Mərakeş əsilli yarımmüdafiəçini icarəyə və ya birdəfəlik satmaq istəyir.

 

Qeyd edək ki, 29 yaşlı futbolçu 2016-cı ildə "Hoffenhaym"dan "Olimpiakos"a keçib.

Xəbər xətti