Çalhanoğlu "Milan"dan ayrılacaq? - Qattuzodan açıqlama

19:19 - 29 Dekabr 2017

"Milan"ın baş məşqçisi Cennaro Qattuzo adı "Fənərbaxça" və "Qalatasaray"la hallanan Hakan Çalhanoğlu ilə bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, gənc mütəxəssis Türkiyə millisinin üzvünün komandadan ayrılmayacağını deyib:

 

"Hakan "İnter"lə oyunda meydanda yaxşı işlər gördü. Bizim üçün vacib futbolçudur. Məşqlərdə də yaxşı çalışır. Zərbələrinin qüvvəti əladır. Əgər performansını bir az da artırsa, bizim üçün açar oyunçu olacaq. Hakan son 25 gündə yaxşı çalışır".

 

Çalhanoğlu özü də açıqlamasında ayrılmaq fikrində olmadığını demişdi: "Haqqımda gəzən şayiələr doğru deyil. 6 aydır ki, "Milan"dayam və ayrımaq niyyətim yoxdu".

 

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi yay transfer dönəmində 24 milyon avro qarşılığında "Bayer"dən (Leverkuzen) "Milan"a keçib.

Xəbər xətti