Hazard "Çelsi"nin yeni müqavilə təklifini qəbul etmədi

14:09 - 30 Dekabr 2017

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard klubun yeni müqavilə təklifini qəbul etməyib.

 

Sportal.az xəbər verir ki, bu barədə belçikalı yarımmüdafiəçinin atası Tyerri Hazard məlumat verib. O, bildirib ki, Hazard "Real"ın təklifini dəyərləndirmək niyyətdindədir və bu səbəbdən "Çelsi"nin təklifini qəbul etməyib. Tyerrinin sözlərinə görə "Real"la danışıqlar olmayıb.

 

Qeyd edək ki, 26 yaşlı oyunçu 2012-ci ildən "Çelsi"də çıxış edir.

Xəbər xətti