"Real" dünyanın ən yaxşı komandası seçildi

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) 2017-ci ildə dünyanın ən yaxşı komandalarını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 112 ölkədən 517 jurnalistin qatıldığı sorğuda İspaniyanın “Real” klubu ən yaxşı seçilib. Madrid təmsilçisi respondentlərin 23,55 faizinin səsini qazanıb.

 

İkinci yeri futbol üzrə Almaniya yığması tutub. İlk üçlüyü basketbol üzrə “Qolden Steyt Uorriorz” komandası qapayır.

 

1. Real (futbol) - 1096 (23.55%)
2. Almaniya (futbol, kişilər) - 738 (15.86%)
3. Qolden Steyt Uorriorz (basketbol) - 601 (12.92%)
4. Sloveniya (basketbol, kişilər) - 412 (8.85%)
5. Fransa (tennis, kişilər) - 333 (7.16%)
6. Hollandiya (futbol, qadınlar) - 288 (6.19%)
7. Fransa (həndbol, kişilər) - 288 (6.19%)
8. İngiltərə (reqbi, kişilər) - 227 (4.88%)
9. Xorvatiya (su polosu, kişilər) - 189 (4.06%)
10. Rusiya (voleybol, kişilər) - 166 (3.57%)

Tarix: 30 Dekabr [17:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyun 2018
20  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio