Baş məşqçilərin reytinq siyahısı açıqlandı: Qurban Qurbanov neçəncidi?

15:58 - 30 Dekabr 2017

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki,  "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycandan  üç məşqçi - Qurban Qurbanov ("Qarabağ"), Roman Qriqorçuk ("Qəbələ") və Ayxan Abaasovun ("Zirə") adı yer alıb.
 
Onlardan ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. 45 yaşlı mütəxəssis 1169 xalla 482-ci  pillədə qərarlaşıb. R.Qriqorçuk 252 xalla 949-cu, A. Abbasov 217 xalla 999-cudur.
 
Qeyd edək ki, reytinq siyahısına "Real"ın çalışdırıcısı Zinəddin Zidan (17 min 696 xal) başçılıq edir. Renato Qauşo ("Qremio")  13 min 274 xalla 2-ci, Dieqo Simeone 12 min 795 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti