"Arsenal"ın sabiq futbolçusu Türkiyə klubunda?

15:51 - 31 Dekabr 2017

Norveçin "Rusenburq" klubunun hücumçusu Niklas Bendtner karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 29 yaşlı hücumçunun "Konyaspor"a keçidi gündəmdədir. Danimarka yığmasının üzvü danışıqlar üçün adıçəkilən ölkəyə yollanıb. Əgər tərəflər razılıq əldə etsə, hücumçu "Konyaspor"a keçəcək.

 

Qeyd edək ki, Bendtner "Arsenal", "Birmingem", "Sanderlend", "Yuventus", "Volfsburq", "Nottingem Forest" kimi klublarda çıxış edib.

Xəbər xətti