Ronaldo gələcək planlarından danışdı: "Aktyor ola bilərəm"

18:18 - 31 Dekabr 2017

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo "Sky İtalia"ya verdiyi müsahibədə əfsanəvi futbolçu Alessandro del Pyeronun suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, karyerasını başa vurduqdan sonrakı planları barədə danışıb:

 

"Bir gün təbii ki, futbolçu karyerama nöqtə qoyacam. Karyeramı bitirdikdən sonra da gözəl həyatım olacaq. Çoxlu pulum olduğu üçün bu sözləri demirəm. Yeni şeylər edəcəyimə görə vurğuladım. Filmlərdə oynamaq istəyərəm. Aktyor ola bilərəm. İş adamı da olmağım mümkündür. Öz otellərim, idman salonlarımın olmasını istəyirəm. Gələcək planlarımı 28-29 yaşımdan düşünürəm".

 

5 dəfə "Qızıl top" mükafatını qazanan 32 yaşlı portuqaliyalı futbolçu 2009-cu ildən "Real"da çıxış edir.

Xəbər xətti