"Fənərbaxça" "Liverpul"un futbolçusunu hədəfə alıb

18:57 - 31 Dekabr 2017

Türkiyənin "Fənərbaxça" klubu transfer fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu "Liverpul"dan Marko Qruyiçi heyətinə qatmaq istəyir. Bu barədə "Akşam" qəzeti məlumat yayıb. "Sarı-lacıvərdlilər" "Liverpul"da oynamaq şansı qazanmayan yarımmüdafiəçini icarəyə götürmək istəyir. Serbiyalı futbolçunun keçidi üçün "Liverpul"la danışıqlara start veriləcək.

 

Qeyd edək ki, "Liverpul" 21 yaşlı futbolçunu 2016-cı ildə 5,3 milyon funt-sterlinq qarşılığında Serbiyanın "Srvena-Zvezda" klubundan transfer edib.

Xəbər xətti