Arsen Vengerdən rekord göstərici

11:32 - 1 Yanvar 2018

"Arsenal"ın baş məşqçisi Arsen Venger Premyer Liqada rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki fransalı mütəxəssis İngiltərə Premyer Liqasında oyunlarının sayına görə Ser Aleks Ferqyussonu keçib. Ölkə çempionatının 21-ci turunda "Vest Bromviç"ə qarşı matç (1:1) təcrübəli mütəxəssisin baş məşqçi qismində Premyer Liqada 811-ci görüşü olub.

 

68 yaşlı çalışdırıcı bu oyunlarda 468 dəfə qələbə qazanıb.

 

Qeyd edək ki, Venger "Arsenal"da ilk oyununa 1996-cı ilin oktyabrında çıxıb. Ferqyusson isə "Mançester Yunayted"ə 1992-ci ilin avqustundan 2013-cü ilin mayına kimi rəhbərlik edib.

Xəbər xətti