Millimizin üzvü aşağı liqa klubuna keçə bilər

12:36 - 1 Yanvar 2018

Milli komandamızın sabiq üzvü Dəniz Yılmaz "Bursaspor"u tərk edəcək.

 

Sportal.az xəbər verir ki, hücumçunun "yaşıl timsahlar"ın sıralarını tərk edəcəyi dəqiqləşib. Artıq futbolçunun xidmətində maraqlı olan klublar da var. Türkiyə mediasının yaydığı xəbərə görə, "Ərzurumspor" oyunçunu transfer etmək niyyətindədi. Almaniyanın  "Bavariya" klubunun yetirməsinin Ərzurum təmsilçisinə keçib-keçməyəcəyi yaxın günlərdə müəyyənləşəcək. 

 

Qeyd edək ki, Dəniz Yılmaz maaşlarını almadığı üçün "Bursaspor" TFF və FİFA-ya şikayət edib. 

Xəbər xətti