"Real"ın Keyn planı: 180 milyon avro və Beyl

12:57 - 1 Yanvar 2018

"Real" "Tottenhem"in və İngiltərə millisinin üzvü Harri Keynin transferi üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, İngiltərə mətbuatında yer alan məlumata görə "kral klubu" bu keçid üçün London təmsilçisinə 180 milyon avro və Qaret Beyli təklif edib. Məlumatda bildirilir ki, "Tottenhem" bu təklifə müsbət yanaşır, ancaq Beylin həftəlik 350 min avroluq maaşı klub üçün problem ola bilər. Əgər "Tottenhem" Beyli daha az maaşa razı sala bilsə, bu keçid reallaşa bilər.

 

Qeyd edək ki, Keyn bu mövsüm 24 oyuna 24 qol vurub və 3 assist edib.

Xəbər xətti