Kazımın "Qalatasaray" peşmanlığı

Braziliyanın "Korintians" klubunda mövsümü çempion başa vuran Türkiyə millisinin sabiq futbolçusu Kolin Kazım Riçards maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu 2013-cü ildə "Qalatasaray"dan ayrılmasına peşman olduğunu bildirib:

 

"Böyük klublarda oynamaq gözəl hissdir. Bütün gənc futbolçulara məsləhətim budur ki, böyük klubda mıxış edirlərsə, ayrılmasınlar. Buna peşman olacaqlar. Əlbəttə, başqa yerə gedərək çoxlu pul qazana bilərsiniz. Bu, hər kəsin öz işidir. Amma puldan da vacib şeylər var. "Qalatasaray"dan ayrılanda bunları hiss etmişdim və "cim-bom"u tərk etdiyimə görə çox peşmanam".

 

Qeyd edək ki, Kazım "Qalatasaray"da 2011/15-ci illərdə çıxış edib və 31 oyuna 5 qol vurub. O, "Qalatasaray"a bu komandanın əzəli rəqibi olan "Fənərbaxça"dan keçmişdi. "Qalatasaray" türkiyəli vingeri "Olimpiakos" və "Bləkbörn"ə də icarəyə vermişdi. Kazım 2015-ci ildə "Bursaspor"a transfer olmuşdu.

Tarix: 1 Yanvar [13:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2018
19  İyul 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio