Türkiyə klubu fəaliyyətini dayandırdı

14:20 - 1 Yanvar 2018

Türkiyənin “Qaziantepspor” klubu fəaliyyətini dayandırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Buna səbəb isə komandanın maddi çətinliklərinin olmasıdır.

 

Qeyd edək ki, 1969-cu ildə yaradılan Qaziantep təmsilçisi ötən mövsüm Super Liqanı tərk etmişdi. Komanda hazırda I Liqada sonuncudur.

Xəbər xətti