"Kəpəz"in rəqibinin baş məşqçisindən "Fiorentina" haqda sərt sözlər

13:58 - 1 Yanvar 2018

Rumıniyanın "Viitorul" klubunun baş məşqçisi George Haci açıqlama verib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis oğlu Yanis Hacinin çıxış etdiyi "Fiorentina" klubunun tənqid edib. Buna səbəb isə Florensiya klubunun 19 yaşlı yarımmüdafiəçini oynatmamasıdır:

 

"Yanisi oynaya biləcəyi komandaya göndərmək istəyirdim. "Fiorentina"da 18 aydır ki, forma şansı tapmır. O zaman mənə niyə söz verdilər ki, oynadacağıq? Bunu söz vermişdilər. Ancaq vədlərinə əməl etmədilər. Oğlumun karyerasında 1,5 il boş yerə getdi. Mənim oğlunm 21 yaşdan aşağı futbolçular arasında ən yaxşı 100 oyunçu arasında göstərilir. Onu oynatmaq lazımdır".

 

Haci oğlunun başqa kluba getməsi barədə də danışıb:

 

"Çox çalışır, lakin fürsət verilmir. Futbol oynamaq üçün başqa yerə getməlidir. "Fiorentina" ilə danışdıq, çıxış yolu tapmalıyıq. Oynamadığı üçün futbol ritmini itirib. Çox üzgünəm, amma bu, gerçəkdir".

 

Atası George kimi 10 nömrə mövqeyində çıxış edən Yanis bu mövsüm Seriya A-da oynamayıb. 

 

Qeyd edək ki, George Hacinin çalışdırdığı "Viitorul" klubu Antalyada təlim-məşq toplanışı çərçivəsində "Kəpəz"lə yoxlama matçında qarşılaşacaq. Bu oyun yanvarın 22-də baş tutacaq.

Xəbər xətti