Türkiyə klubunda yeni baş məşqçi

16:44 - 1 Yanvar 2018

Türkiyənin "Antalyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Hamza Hamzaoğlu çalışdıracaq. 47 yaşlı mütəxəssislə il yarımlıq müqavilə imzalanıb. O, bu postda Leanordonu əvəz edib.

 

Qeyd edək ki, Hamza Hamzaoğlunun son iş yeri "Osmanlıspor" olub.

Xəbər xətti