Sem Ellardaysdan Cenk Tosunla bağlı açıqlama

00:48 - 2 Yanvar 2018

"Everton"un baş məşqçisi Sem Ellardays İngiltərə Premyer Liqasının 22-ci turunda "Mançester Yunayted"ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis "Beşiktaş"dan transfer etmək istədikləri Cenk Tosunla bağlı danışıb. O, bildirib ki, 24 saat ərzində hər şey məlum olacaq:

 

"Cenk Tosunu transfer etmək üçün əlimizdən gələni etdik. Önümüzdəki 24 saat ərzində bizə son qərarını deyəcək. Komandanın hücum xətti güclənməlidir və bunun üçün çalışırıq".

 

İngiltərə mətbuatı "Everton"un bu keçid üçün "Beşiktaş"a 23+2 milyon avro ödəyəcəyini yazıb. 26 yaşlı forvardla 4,5 illik müqavilə imzalanacaq. Liverpul təmsilçisi Cenkə illik 4 milyon avro maaş verəcək.

 

Bu keçidin yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir. Cenk Tosunun xanımı, atası və agenti hazırda İngiltərədədir.

 

Qeyd edək ki, Türkiyə millisinin üzvü 2014-cü ildən "Beşiktaş"da top qovur.

Xəbər xətti