"Liverpul"un futbolçusu həbs oluna bilər

“Liverpul”un müdafiəçisi Deyan Lovren məhkəmə qarşısına çıxacaq.
 
Sportal.az xəbər verir ki, Lovren yalan ifadə verməkdə ittiham olunur. Onun, Zaqreb “Dinamo”sunun sabiq prezidenti Mamiçə qarşı işdə yalan ifadə verdiyi bildirilir. Mamiç transferlər zamanı maxinasiyaya əl atmaqda şübhəli bilinir.
 
Məhkəmə prosesi bu gün Xorvatiyada keçiriləcək. Xorvatiya prokurorluğundan verilən məlumatda bildirilir ki, futbolçunun günahı sübut edilsə, onu 5 ilə qədər həbs cəzası gözləyir.
 
Yayda eyni ittihamlar “Real”ın futbolçusu Luka Modriçə qarşı da irəli sürülmüşdü.

Tarix: 2 Yanvar [16:46]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio